“Buna imkanımız yoxdur, klublarda necədirsə, elə də olacaq”

31 Avqust 2024 03:10 Milli komanda 1 123
“Buna imkanımız yoxdur, klublarda necədirsə, elə də olacaq”

“50 oyunçu dəvət etmişdik, reallıqlarla barışmaq lazımdır”.

Sportinfo.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə mətbuat konfransında bildirib.

Portuqaliyalı məşqçi hazırlıqlar haqqında məlumat verib:

“50 oyunçu dəvət etmişdik. Bu onların arasından seçdiklərimiz idi.

Gələcək üçün komanda qurmağa hazırlaşırıq. Köklü dəyişiklik etməyə ehtiyac yoxdur.

Futbolçularla ilk dəfə çalışacağam. Fiziki hazırlıqda dəyişiklik etmək imkanımız yoxdur.

Klublarında necədirsə, elə də olacaq. Hazırlıq bazası bu olacaq. Məqsədimiz rəqabətədavamlı komanda yaratmaqdır”.

Yığma Millətlər Liqasında sentyabrın 5-i Bakıda İsveçlə, ayın 8-i isə Koşitsedə Slovakiya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda