COP29

"Burada sizin heç bir günahınız yoxdur. Azərbaycana iş görmək üçün gəlmişik”

13 İyun 12:40 Milli komanda 1 372
"Burada sizin heç bir günahınız yoxdur. Azərbaycana iş görmək üçün gəlmişik”

"Məncə, bu proses haqqında danışmaq üçün kifayət qədər vaxtımız olacaq.

Mənə etimad göstərdikləri üçün AFFA-ya təşəkkür edirəm".

Sportinfo.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis AFFA-nın göstərdiyi etimada görə şad olduğunu deyib:

"Mənim qərar verməyimdə bəzi məsələlər önəmli oldu. Buna nümunə kimi təqdim edilən layihəni göstərmək olar.

Bu gün buradayamsa, deməli, rəhbərlik layihənin həyata keçirilməsi üçün mənə inanıb. Buna görə şadam".

69 yaşlı mütəxəssis Bakıda yaşayacağını xatırladıb:

"Uyğunlaşmada çətinlik olacağını düşünmürəm. Türkiyənin Azərbaycana qonşu, mədəniyyətlərinin yaxın olması mənə uyğunlaşmaqda yardımçı olacaq.

İlk dəfə Azərbaycana gələndə də çox təəccüblənmişdik".

Son olaraq "Beşiktaş"da işləyən baş məşqçi bu klubun rəhbərliyi ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb: "Amma onların bu təyinatda hansısa rolu olmayıb".

Santuş uğursuz nəticələrdə məsuliyyətin ilk növbərə məşqçilər heyətində və futbolçularda olduğunu sözlərinə əlavə edib:

"Burada sizin heç bir günahınız yoxdur. İş görmək üçün gəlmişik. Hamınızın dəstəyi ilə hədəflərimizə çatacağımıza ümid edirik".

ernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?