Azərbaycan millisinin 3 futbolçusu iştirak ərizəsindən kənarda qaldı

9 Sentyabr 2023 14:00 Milli komanda 1 338
Azərbaycan millisinin 3 futbolçusu iştirak ərizəsindən kənarda qaldı

Azərbaycan millisinin 3 futbolçusu AVRO-2024-ün seçmə mərhələsində bu gün Belçika ilə keçiriləcək oyunun “23-lüy”ündən kənarda qalıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Canni De Byazi iki müdafiəçi və bir yarımmüdafiəçinin xidmətinə ehtiyac duymayıb.

Bunlar Bəxtiyar Həsənalızadə, Amin Seydiyev və Ozan Can Kökçüdür. Adıçəkilən oyunçular “Dalğa Arena”da baş tutacaq qarşılaşmanı tribunadan izləməli olacaqlar.

Azərbaycan – Belçika görüşü saat 17:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti