Macarların Azərbaycan - İsveç oyununda nə işi var?

2 Sentyabr 2024 13:20 Milli komanda 1 817
Macarların Azərbaycan - İsveç oyununda nə işi var?

Azərbaycan millisinin İsveç yığması ilə Bakıda keçirəcəyi UEFA Millətlər Liqasının I turunun oyununun təyinatları müəyyənləşib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Balaş Berkeyə Ventsel Tot və Balaş Sert kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Saba Pinter yerinə yetirəcək.

Sentyabrın 5-də təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”