COP29

Qınanılanlar arasında Qurban Qurbanov da var - O, niyə kənara çəkildi?

15 İyun 01:20 Milli komanda 2 495
Qınanılanlar arasında Qurban Qurbanov da var - O, niyə kənara çəkildi?

Əksəriyyətin milli komandada yerli məşqçi görmək istədiyi vaxtda AFFA yenə də əcnəbiyə güvəndi.

Yenə də əvvəlki kimi ad-sana qaçdılar.

Fernando Santuşun yaşlı olması, praqmatik futbola üstünlük verməsi, son illər işlədiyi yerlərdən qovulması və s. detallara fikir verən olmadı. Əsas odur ki, tanınmış mütəxəssisdir, Portuqaliya millisini Avropa çempionu edib.

Tanış dəst-xətdir. Əvvəllər də milli komandaya baş məşqçi seçimində əsas meyar kimi tanınmışlıq götürülürdü. Belə görünür ki, federasiyanın təzə rəhbəri Rövşən Nəcəf də köhnə AFFA-ya yeni adətlər gətirməyə ehtiyac duymayıb. Fikirləşib ki, həmişə necə indi də elə, hamı necə o da elə.

Fernando Santuşun təyinatına görə qınanılanlar arasında Qurban Qurbanov da var. Ölkəmizin ən nüfuzlu futbol adamı olan Qurban Qurbanovun milli komandaya baş məşqçi təyinatı ilə bağlı keçirilən onlayn iclasa qatılmaması ictimaiyyətdə qıcıq yaradıb. O, İcraiyyə Komitəsinin üzvü olmasına baxmayaraq, "Qarabağ"ın çalışdırıcısı kimi bu məsələdə rəy verməyi doğru saymayıb. Lakin bir məsələ də var ki, Qurban Qurbanov İK-da "Qarabağ"ın məşqçisi kimi yox, futbol adamı kimi yer alıb. Həmin qurumda əksəriyyətin futboldan uzaq adamlar olmağını nəzərə alsaq, milliyə baş məşqçi məsələsində əsas söz sahibi məhz Qurban Qurbanov olmalıydı.

O, izah etməliydi ki, Azərbaycan millisinə praqmatik futbola üstünlük verən məşqçilər yaramır. Berti Foqtsu, De Byazini nümunə göstərməliydi. Millimizin nisbətən yaxşı oynayan Prosineçkili dönəmini xatırlatmalı və yaradıcı futbol baxışı olan məşqçinin gətirilməsini tələb etməliydi.

Məsələnin faciəviliyi isə ondadır ki, Fernando Santuşun təyinatından heç kəsin xəbəri olmayıb. Portuqaliyalı məşqçini Rövşən Nəcəf özü təyin edib, İK üzvləri ilə heç bir müzakirə aparılmayıb. Hamıya deyilib ki, qərar belədir, məsləhət budur.

Santuşun təyinatına görə günahkar Qurban Qurbanov deyil. O, heç bir halda gedişata təsir edə bilməzdi. Amma Qurban Qurbanovun günahı var. Çünki Azərbaycan futbolunda hansı reallıqların hökm sürdüyünü, nələrin baş verdiyini yaxşı bilir. Onun ən böyük günahı bütün bunları bilə-bilə İcraiyyə Komitəsinə üzv olmağa razılıq verməyidir. Ona görə də, indi haqlı tənqidlərlə üzləşir. Azərbaycan futbolunun canlı əfsanəsinin hansısa qurumda yer alıb proseslərə müdaxilə edə bilməməsi yolverilməzdir.

Həmid

P.S. Belə bir deyim var - əgər səhv qatara minmisizsə, elə ilk stansiyada düşün. Bunu nə qədər gec eləsəz, geridönüş bileti bir o qədər baha olacaq! ()sportal.az

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!
12 İyul 11:00 Bir az bəri gəlin...
12 İyul 08:20 Daha bir transfer etdi
12 İyul 08:10 Millimiz yarımfinalda
12 İyul 01:00 "Sabah" icarəyə verdi