UEFA Azərbaycan - Belçika oyununu serblərin öhdəsinə buraxdı

6 Sentyabr 2023 14:20 Milli komanda 1 267
UEFA Azərbaycan - Belçika oyununu serblərin öhdəsinə buraxdı

Bakıda Azərbaycan və Belçika komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə edilib.

FİFA referisi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.

Sentyabrın 9-da "Dalğa Arena"da gerçəkləşəcək Azərbaycan - Belçika görüşü saat 17:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti