COP29

Portuqaliya, Yunanıstan və Avropa çempionu oldu, AFFA ilə yolu kəsişdi

13 İyun 01:20 Milli komanda 1 514
Portuqaliya, Yunanıstan və Avropa çempionu oldu, AFFA ilə yolu kəsişdi

Azərbaycan millisinin yeni baş məşqçisi Fernando Santuş kayresında müxtəlif uğurlar əldə edib.

Sportinfo.az xəbər verir ki, 69 yaşlı mütəxəssisin futbolçu karyerası elə də parlaq olmayıb. Sabiq müdafiəçi 1973-1987-ci illərdə yalnız "Eştoril" və "Maritimo"nun formasını geyinib.

Santuş məşqçilik karyerasına isə 1987-ci ildə start verib. O, 1987/1988 mövsümündə "Eştoril"də köməkçi məşqçi olub. 1994-1998-ci illərdə "Estrela da Amadora"ya rəhbərlik edib.

Tanınmış mütəxəssisin uğurları məhz əsrin sonlarından başlayıb. O, 1998/1999 mövsümündə "Portu" ilə Portuqaliya çempionu olub.

1998 və 1999-cu illərdə ölkə Superkubokunu qazanıb. 1999/2000 və 2000/2001 mövsümündə isə ölkə kubokuna sahib çıxıb.

Santuş daha sonra ölkədən kənarda uğurlu çıxışla yadda qalıb. Mütəxəssis 2001/2022 mövsümündə AEK-i Yunanıstan çempionu edib.

Daha sonra "Panatinaikos" (2022), "Sportinq" (2003/2004), AEK (2004-2006), "Benfika" (2006/2007), PAOK (2007-2010) və Yunanıstan millisində (2010-2014) işləsə də, titul əldə edə bilməyib.

2014-2022-ci illərdə ölkəsinin yığmasına rəhbərlik edib. Portuqaliya millisi tarixində ilk Avropa çempionluğunu da məhz bu baş məşqçi ilə əldə edib.

Yığma 2016-cı ildə Fransada təşkil olunan turnirdə qızıl medallara yiyələnib. 2018/2019 mövsümündə isə UEFA Millətlər Liqasında qalib olub.

Bundan əlavə, Portuqaliya yığması 2017-ci ildə Konfedarasiyalar Kubokunda bürünc mükafata da sahib çıxıb. Santuşun iki işi qısa çəkib: tanınmış mütəxəssis 2023-cü ildə Polşa millisində, 2024-cü ildə isə Türkiyənin "Beşiktaş" klubunda çalışıb.

Təcrübəli baş məşqçi 2016 və 2019-cu illərdə FIFA-nın versiyasına əsasən ilin ən yaxşı milli baş məşqçisi seçilib.

AFFA onunla 2028-ci Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 18:10 Çək və bizə göndər!