COP29

Qurban Qurbanovu haqlayan Emin Mahmudov: “Şükür Allaha ki...”

13 İyun 00:50 Milli komanda 1 068
Qurban Qurbanovu haqlayan Emin Mahmudov: “Şükür Allaha ki...”

Emin Mahmudov yığmanın heyətində qol rekorduna şərik olub.

"Neftçi"nin kapitanı Qurban Qurbanovun vurduğu 14 qolluq rekordu təkrarlayıb.

32 yaşlı yarımmüdafiəçi Qazaxıstanla yoldaşlıq matçında rəqib qapısına yol tapmaqla bu uğura imza atıb.

Onun vuracağı daha bir qol Azərbaycan millisinin bombardiri olması ilə nəticələnəcək.

Sportinfo.az xəbər verir ki, orta sahə oyunçusu bu haqda belə deyib:

“Buna çox sevindim. Bütün komanda yoldaşlarıma təşəkkür edirəm.

Qol vurmağıma çox kömək edirlər. 27 yaşım olanda, gözləmirdim ki, bu saya çata bilərəm, çünki çox da oynamırdım.

Sonra qollar daim gəlirdi. Şükür Allaha ki, bu rekorda çatdım.

Gələcəkdə çalışacam ki, komadaya qollarla kömək edim ki, qələbələrimiz də daha çox olsun”.

E. Mahmudov “oyundan sonra Qurban Qurbanov səni təbrik etdimi” sualına belə cavab verib:

“Yox, təbrik etməyib (gülür). Qurban müəllimlə münasibətim yaxşıdır.

Bilmirəm, təbrik edər, ya etməz. Hələki onun rekordunu qırmamışam. Amma buna sevinərəm”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?