Bundesliqada çıxış edən müdafiəçi Azərbaycana qarşı oynamayacaq

13 Oktyabr 2024 11:30 Milli komanda 2 296
Bundesliqada çıxış edən müdafiəçi Azərbaycana qarşı oynamayacaq

Slovakiya millisi UEFA Millətlər Liqasının C Divizionunda Azərbaycan yığmasına qarşı oyuna ciddi itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, komandanın aparıcı müdafiəçisi Denis Vavro Bakıdakı görüşü buraxacaq.

Buna 28 yaşlı oyunçunun ötən gün İsveçlə matçda (2:2) sarı vərəqə alaraq, cəzalı duruma düşməsi səbəb olub.

Müqavilə ilə Danimarkanın "Kopenhagen" klubuna məxsus olan futbolçu hazırda icarə əsasında Almaniya "Volfsburq"unda çıxış edir.

Oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?