COP29

Beş il qabaq Qurban Qurbanovun əleyhinə çıxdı, indi də… Nə deyir, nə istəyir bu?

29 Noyabr 2023 14:00 Milli komanda 7 497
Beş il qabaq Qurban Qurbanovun əleyhinə çıxdı, indi də… Nə deyir, nə istəyir bu?

AFFA İcraiyyə Komitəsinin (İK) son iclasında aparılan müzakirələrə dair yeni məqamlar üzə çıxıb.

Məlum olub ki, komitənin bəzi üzvləri Canni De Byazi ilə əməkdaşlığın davam etdirilməsinə təşəbbüs göstərib.

Kazbek Tuayev, Elşad Nəsirov və Zaur Axundov italiyalının millinin sükanı arxasında saxlanılmasını istəyiblər.

İcraiyyə Komitəsinin üzvü olmayan, amma qurumun hər iclasında iştirak edən İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə bu məsələdə daha çox canfəşanlıq edib.

2018-ci ilin dekabrında Qurban Qurbanovun yığmadan istefaya göndərilməsi üçün «dəridən-qabıqdan çıxmış» E.Tağızadə yenə əcnəbisevərliyini ortaya qoyub.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun adamı kimi tanınan funksioner bildirib ki, 67 yaşlı çalışdırıcı 2020-ci ildən ölkəmizdə çalışır və həm buranı, həm də komandanı yaxşı tanıyır.

Azərbaycanlı məşqçilərə antipatiya bəsləməsi ilə bilinən De Byazinin dəstəkçisi iddia edib ki, AVRO-2024-ün seçmə mərhələsində əldə olunan 7 xal millimiz üçün əla nəticədir və o, daha 2 il burada qalmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!