Məni millidən tez yola salın, gedim - Şeydayev xahiş etdi, De Byazi razılaşdı

5 Sentyabr 2023 00:50 Milli komanda 1 742
Məni millidən tez yola salın, gedim -  Şeydayev xahiş etdi, De Byazi razılaşdı

Azərbaycan millisinə dəvət alan "Buriram Yunayted"in hücumçusu Ramil Şeydayev toplanış başa çatmamış yığmamızın düşərgəsini tərk edəcək.

Sportinfo.az xəbər verir ki, o, Tailand klubunun Asiya Çempionlar Liqasında iştirakına görə bu xahişlə millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edib.

İtaliyalı mütəxəssis isə onun istəyini müsbət qarşılayıb. Bu haqda AFFA-nın yaydığı məlumatda qeyd olunub.

Beləliklə, Şeydayev sentyabrın 9-da Avro-2024-ün seçmə mərhələsində Belçika ilə Bakıda keçiriləcək oyundan sonra millini tərk edəcək. Yığmamız isə sentyabrın 12-də İordaniya ilə yoldaşlıq oyunu keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti