Bizi aldadan “qocalar”: Bir vaxtlat Foqts, indi də Santuş - VİDEO

25 Noyabr 2024 17:40 Milli komanda 1 267
Bizi aldadan “qocalar”: Bir vaxtlat Foqts, indi də Santuş - VİDEO

«Bu fikirlərin heç bir məntiqi izahı yoxdur».

Futbol eksperti Emin Abbasov millinin baş məşqşçisi Fernandu Santuşun AVRO-2028 ilə bağlı səsləndirdiyi iddiaya münasibət bildirib.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində portuqaliyalı mütəxəssisi yalan vəd verməkdə qınayıb.

Tanınmış teleşərhçi deyib ki, 70 yaşlı əcnəbi özünü Berti Foqtsun davamçısı kimi aparır.

Belə ki, almaniyalı da yığmamızı çalışdırdığı illərdə boş-boş danışmaqla, başımızın altına yastıq uzadıb və vaxtı çatanda dediyi sözü tutmayıb.

Abbasov ölkəmizin futbol həyatının Avropa çempionatının final mərhələsinə hazır olmadığını söyləyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq