De Byazi azərbaycanlı həmkarının oğlunu Türkiyədən milliyə çağırdı - FOTO

4 Sentyabr 2023 01:00 Milli komanda 2 024
De Byazi azərbaycanlı həmkarının oğlunu Türkiyədən milliyə çağırdı - FOTO

Türkiyənin birinci liqasında çıxış edən "Ümraniyespor"un yarımmüdafiəçisi Coşqun Diniyev Azərbaycan millisinə dəvət edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin Belçika, həmçinin İordaniyaya qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün “Səbail”in baş məşqçisi Şahin Diniyevin oğluna ehtiyac duyub.

Millimiz sentyabrın 9-da Bakıda Belçikanı qəbul edəcək. Üç gün sonra isə İordaniyaya qarşı meydana çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO