COP29

"Eyni səviyyədə oyunu göstərmək və qələbə qazanmaq istəyirik"

11 İyun 02:20 Milli komanda 651
"Eyni səviyyədə oyunu göstərmək və qələbə qazanmaq istəyirik"

"Qazaxıstanla görüşdə azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin və "Neftçi"nin kapitanı Emin Mahmudov Qazaxıstan ilə keçiriləcək yoldaşlıq görüşündən əvvəl deyib.

32 yaşlı yarımmüdafiəçi görüşün gərgin mübarizə şəraitində keçəcəyini deyib.

“Bizi yaxşı rəqiblə oyun gözləyir. Qazaxıstan yığması müdafiədə yaxşı oynayır, sürətli əks-hücuma keçir.

Son illər inkişaf ediblər. İki il əvvəl onlarla qarşılaşmışdıq. Eyni səviyyədə oyunu göstərmək və qələbə qazanmaq istəyirik.

Milli komandanın formasında hər matça qalibiyyət üçün çıxmalıyıq. Sabahkı görüşdə də azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik”.

Azərbaycan - Qazaxıstan görüşü iyunun 11-də, saat 18:00-da Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"