COP29

“Bavariya” da onu istəyir - Millimizin baş məşqçisi postuna daha bir namizəd

7 May 16:20 Milli komanda 1 099
“Bavariya” da onu istəyir - Millimizin baş məşqçisi postuna daha bir namizəd

Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə daha bir namizədin adı məlum olub.

Sportinfo.az "Sky Sports"a (Almaniya) istinadən xəbər verir ki, AFFA Türkiyə millisinin sabiq çalışdırıcısı Ştefan Kuntsla danışıq aparır.

Almaniyalı mütəxəssis Kanada yığmasını da çalışdıra bilər. 62 yaşlı məşqçiyə hər iki ölkədən konkret təklif gəldiyi bildirilir. Onun xidmətində "Bavariya" da maraqlıdır.

Ötən ilin sentyabrında Türkiyə millisindən istefaya göndərilən Kunts Almaniyanın U-21 və Olimpiya yığmalarını da çalışdırıb.

O, 2017-ci ildə Almaniya U-21 millisinə Avropa çempionu adını qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq