"Keşlə"dən Leroy transferinə maraqlı reaksiya: "Təki olsun"

19 Mart 2021 23:43 Şamaxı 1 423
"Keşlə"dən Leroy transferinə maraqlı reaksiya: "Təki olsun"

"Birinci dəfədir indi eşidirəm. Yaxşı xəbərdi. Təki olsun (gülür)".

Sənan Qurbanov Sportinfo.az-a açıqlamasında Leroy Corcun adının "Keşlə" ilə hallanmasına belə reaksiya verib.

"Keşlə"nin baş məşqçisi sabiq "Qarabağ"lı yarımmüdafiəçinin yaxşı futbolçu olduğunu və amma hazırda hansı formada olmasından xəbərsiz olduğunu bildirib:

"Son durumundan xəbərsizəm. "Qarabağ"da yaxşı çıxışını xatırlayıram. Sonra bir müddət türkiyədə oynadı. Uzun müddətdir Leroy Corc haqqında məlumatım yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti