Azərbaycanda gözlənilməz məğlubiyyətlə üzləşən klubun rəhbərliyindən BİABIRÇI HƏRƏKƏT!

20:25 I Divizion 360
Azərbaycanda gözlənilməz məğlubiyyətlə üzləşən klubun rəhbərliyindən BİABIRÇI HƏRƏKƏT!

«Mingəçevir» rəhbərliyi qeyri-peşəkar addım atıb.

Komandadan Mingəçevirdə qaldığı oteli tərk etməsi tələb olunub.

Buna səbəb I Liqanın 24-cü turunda qeydə alınan gözlənilməz məğlubiyyətdir. Belə ki, Şamaxıda «Cəbrayıl»ın qonağı olan «işıqçılar» səfərdən 1:2 hesablı yenilgi ilə ayrılıb.

Nəticəni bəhanə gətirən klubun başçısı Rafael Bünyatov kollektivin yerləşim və qidayla bağlı təminatını dayandırıb.

Futbolçulara bildirilib ki, bundan sonra onların otel xərci ödənilməyəcək.

Həmin məkanın sahibi isə humanist davranaraq, oyunçuları oradan çıxarmayıb. «Mingəçevir»lilərə aprelin sonunadək bu yerdə qalmağa icazə verib.

İyirmi üç tura 42 xal toplayan komanda liderlər qrupunda qərarlaşıb. Lider «Şəfa»dan 10 xal geri qalan «işıqçılar»ı ikinci sıradakı «Səbail»dən cəmi 1 xal ayırır.

Başqa sözlə, «Mingəçevir» Premyer Liqaya vəsiqə qazanmaq şansını hələ saxlamaqdadır. Belə bir vəziyyətdə rəhbərliyin göstərdiyi münasibət adekvat deyil.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti