Xorvatiya millisinin üzvünü transfer edəcək - İtaliya klubu

12 Noyabr 2022 00:10 İtaliya 529
Xorvatiya millisinin üzvünü transfer edəcək - İtaliya klubu

Xorvatiya millisinin üzvü Nikola Vlaşiçi "Torino" transfer edəcək.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi yarımmüdafiəçini transfer etmək üçün "Vest Hem"lə danışıqlara başlayıb.

London klubu Vlaşiç üçün 15 milyon avro tələb edir. Tərəflərin ilkin razılıq əldə etdiyi də bildirilir.

25 yaşlı futbolçu yaydan bu yana “Torino”da icarə əsasında çıxış edir. “Hayduk”(Split) yetirməsi olan Nikola “Everton”, ÇSKA klublarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Fevral 16:30 Çək və bizə göndər!