Luis Suares İspaniyadan ayrılır? – ABŞ-dan təklif alıb

29 Dekabr 2021 12:00 İspaniya 562
Luis Suares İspaniyadan ayrılır? – ABŞ-dan təklif alıb

Luis Suares mövsümün sonunda “Atletiko”nu tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, uruqvaylı hücumçunun müqaviləsi yayda başa çatır.

34 yaşlı oyunçu artıq bir neçə klubdan təklif alıb.

Məlumata görə, Braziliyanın “Korintians” və ABŞ-ın “Mayami İnter” klubları onun xidmətində maraqlıdır. ABŞ klubu Suaresə 2 illik müqavilə təklif edir.

Suares cari mövsümdə “Atletiko”nun heyətində bütün turnirlərdə 24 oyun keçirib, 8 qol vurub, 2 qol ötürməsi edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti