"Barselona" yeni hücumçu transferini açıqlayıb.
Sportinfo/az xəbər verir ki, İngiltərə "Mançester Siti"sindən Ferran Torreslə müqavilə imzalanıb.
Hələlik onun sözləşməsinin detalları barədə məlumat verilməyib. Daha əvvəl Torresin 55 milyon avro müqabilində "Barselona"ya keçəcəyi bildirilib.
Ferran Torres 2020/2021 mövsümündə "şəhərlilər"in formasını geyinib.

