“Barselona”da iki futbolçu koronavirusa yoluxdu

28 Dekabr 2021 01:30 İspaniya 458
“Barselona”da iki futbolçu koronavirusa yoluxdu

“Barselona”nın iki futbolçusunda koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Müdafiəçilər Dani Alveş və Kleman Lanqlenin COVID-19 testinin nəticəsi pozitiv olub. Hər iki futbolçu komandadan təcrid olunub və karantinə alınıb.

“Barselona” növbəti oyununu yanvarın 2-də “Malyorka”ya qarşı keçirəcək. Koronavirusa yoluxmuş futbolçular La Liqa çərçivəsində baş tutacaq bu qarşılamada meydana çıxa bilməyəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti