“Mançester Siti”nin hücumçusu Ferran Torres dünən Barselonaya uçub.
Sportinfo.az xəbər verir ki, Torres bu gün tibbi baxışdan keçəcək.
Onun keçidi ilə bağlı rəsmi açıqlamanın da bu gün veriləcəyi gözlənilir.
“Barselona” 21 yaşlı futbolçuya görə 55 milyon avro ödəyəcək. 10 milyon avro da bonus şəklində veriləcək.
Onunla 5 illik müqavilə bağlanacaq.
Torres “Siti”də 2020-ci ildən çıxış edir. O, “şəhərlilər”ə 28 milyon avro qarşılığında “Valensiya”dan keçmişdi.

