Klub prezidenti iki məşhur futbolçunu “fırıldaqçı” adlandırdı – QALMAQAL!

13 İyul 2021 15:20 İspaniya 599
Klub prezidenti iki məşhur futbolçunu “fırıldaqçı” adlandırdı – QALMAQAL!

"Real"ın prezidenti Florentino Peres komandanın əfsanələri - keçmiş qapıçı İker Kasilyas və hücumçu Raul Qonsalesi tənqid edib.

"El Confidencial" nəşri bununla bağlı audioyazı dərc edib.

Həmin audioyazıda Peres Kasilyasın "kral klubu"na uyğun qapıçı olmadığını bildirib:

"İstəyirsiniz ki, bunu sizə mən deyim? Kasilyas heç vaxt bizə münasib qapıçı olmayıb. Bu, bizim üçün böyük uğursuzluq idi.

Sadəcə, ona hörmət edənlər İkeri çox güclü müdafiə edirlər. Ən böyük fırıldaqçılardan biri Kasilyas, digəri isə Rauldur".

İker Kasilyas və Raul Qonsales karyeralarının böyük hissəsini "Real"da keçirib. Kasilyas "kral klubu"nda 8 yaşından oynamağan başlayıb.

O, peşəkar müqavilə bağladıqdan sonra 17 mövsüm ərzində paytaxt komandasında 5 dəfə İspaniya çempionluğu, 2 dəfə ölkə kuboku, 4 dəfə ölkə Super Kuboku, 3 dəfə Çempionlar Liqası, 2 dəfə UEFA Super Kuboku, eləcə də Qitələrarası Kubok və klublararası dünya çempionluğu qazanıb.

Hazırda 40 yaşında olan sabiq qolkiper 2015-ci ildə Portuqaliya "Portu"suna keçib.

44 yaşlı Raul isə "kral klubu"nda 741 oyuna 323 qol vurub və 16 mövsüm ərzində 16 titula yiyələnib. O, 3 dəfə Çempionlar Liqası, 6 dəfə İspaniya çempionluğu və UEFA Super Kubokuna sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti