İki ingilis nəhəngi “Barselona”nın hücumçusunaa maraq göstərir

13 İyul 2021 18:20 İspaniya 1 109
İki ingilis nəhəngi “Barselona”nın hücumçusunaa maraq göstərir

“Barselona”nın щцъумçusu Antuan Qrizmanla bağlı situasiya hələ də müəmmalı olaraq qalır.

Sportinfo.az xəbər verir ki, Qrizmanın “Barselona”da qalıb-qalmayacağı hələ də dəqiqləşməyib.

“Daily Express” nəşri isə məlumat yayıb ki, İngiltərənin iki klubu ona maraq göstərir.

Bunlar “Mançester Yunayted” və “Çelsi”dir. Antuan Qrizmanın isə “Atletiko”ya qayıtmaq istədiyi bildirilir. “Barselona” da onu satmağa razıdır.

Amma kataloniyalılar onun “Atletiko”ya satılmasına razı deyillər. “Barsa” rəhbərliyi La Liqadakı əsas rəqiblərindən birinin güclənməsini istəmir.

Qrizman ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 51 oyun keçirib, 20 qol vurub, 13 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!