"Üzr istəyirəm" - Məşhur məşqçi ümidini "Neftçi" ilə oyuna bağladı

16 Avqust 2023 01:20 Türkiyə 1 308
"Üzr istəyirəm" - Məşhur məşqçi ümidini "Neftçi" ilə oyuna bağladı

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Superliqanın açılış turunda "Fatih Karagümrük"lə oyundan (1:0) sonra Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin qarşıdakı cavab görüşü haqda danışıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis "Neftçi"yə qarşı keçiriləcək cavab matçı barədə fikirlərini bildirib:

"İlk hissədəki oyunumuza görə azarkeşlərdən üzr istəyirəm. Qələbə qazanmaq niyyətindəydik, amma meydanda istədiyimiz hər şeyi göstərə bilmədik.

Qarşıda bizi “Neftçi” və “Pendikspor”a qarşı iki ev oyunu gözləyir. Bu matçlarda komandamdan daha istəkli və sürətli oyun gözləyirəm".

"Beşiktaş" və "Neftçi" klubları avqustun 17-də üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”