Orxanla sabir yığmamıza növbəti qələbəni qazandırdı

28 May 2020 03:10 Milli komanda 883
Orxanla sabir yığmamıza növbəti qələbəni qazandırdı

Belarusun paytaxtı Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Özbəkistan yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb.

Orxan Məmmədovun dubl etdiyi oyunda komandamızın digər qolunu Sabir Allahquliyev vurub.

Millimiz bu gün saat 16:30-da 5-ci yer uğrunda oyunda Misir yığması ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti