Azərbaycan millisinin futbolçusu xarici klubla müqavilə bağladı, XÜSUSİ ŞƏRT QOYDU

20 Yanvar 2024 14:40 Bizimkilər 1 859
Azərbaycan millisinin futbolçusu xarici klubla müqavilə bağladı, XÜSUSİ ŞƏRT QOYDU

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun LKS-ə keçidi rəsmiləşib.

Lodz təmsilçisi 28 yaşlı müdafiəçini rəsmi saytı vasitəsilə təqdim edib.

“Qarabağ”dan alınan mərkəz oyunçusu Polşa Ekstraklasa komandası ilə 1,5 illik müqavilə imzalayıb.

LKS hazırda Polşa çempionatında 10 xalla sonuncu pillədə qərarlaşıb.

Rahil poyaklara havayı başa gəlib. Ağdamlılar onun üçün LKS-dən təzminat istəməyib.

Millimizin üzvünün Lodz təmsilçisi ilə sözləşməsi, əslində 6 ay+1 illikdir. Komanda Ekstraklasada yerini qoruyarsa, o, növbəti mövsümü də burada keçirəcək.

Əks halda, Məmmədov azad agent statusu ilə LKS-dən getməsinə dair müqavilədə bənd var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti