"Neftçi"nin funksioneri hansı üzlə bu FOTOnu paylaşır?

20:40 Hadisə 362
"Neftçi"nin funksioneri hansı üzlə bu FOTOnu paylaşır?

"Neftçi" Konfrans Liqasında mübarizəyə başlayıb. "AFğ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda "Dinamo"nu (Minsk) qəbul edib.

"Palms Sports Arena"da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:2.

İkinci dəqiqədə kapitan Emin Mahmudov hesabı açıb. 8-ci dəqiqədə qonaqlardan Aleksandr Selyava avtoqol müəllifi olub.

Minsk komandasında qolları 36 və 57-ci dəqiqələrdə Karen Vardanyan, 47-ci dəqiqədə Yevgeni Malaşeviç, 77-ci dəqiqədə Gulzigit Alykulov vurublar.

Qeydə alınan nəticə azarkeşlər tərəfindən böyük narazılıqla qarşılanıb. Media və sosial şəbəkələrdə buna dair çoxsaylı rəylərə rast gəlməkdəyik.

Biz görmüşük, adətən, məsul şəxslər belə vəziyyətdə başını aşağı salar, nə dinər, nə danışar.

"Neftçi"nin funksionerlərindən Abdulla Hacızadə isə tamamilə fərqli yol seçib O, "instagram" hesabında foto paylaşaraq, üstündə "unutmayın" yazıb.

Həmin fotoda isə "30.04.2026" yazılıb. Hacızadə bununla "Qarabağ" üzərində qazanılan 2:1 hesablı qələbəni yada salıb.

Adama deyərlər, heç hənanın yeridir? Doğma azarkeşi önündə "Dinamo"ya uduzan klubun rəsmisi "Qarabağ"ı hansı məntiqlə yada salır?

"Qarabağ"ı son 5 ildə cəmi bir dəfə uda bilən "Neftçi"nin əməkdaşı gərək danışmasın, sussun, komandasının qayğıları və problemləri ilə məşğul olsun.

"Qarabağ" üzərində qələbə fəxarətdirsə, "Dinamo"ya yenilmək rəzalətdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti