Oğulları ilə qalmaqaldan sonra ilk dəfə kamera qarşısına çıxdılar - VİDEO

10:20 Hadisə 108
Oğulları ilə qalmaqaldan sonra ilk dəfə kamera qarşısına çıxdılar - VİDEO

Devid və Viktoriya Bekhem cütlüyü böyük oğulları Bruklinin qalmaqallı “ilk rəqs” iddialarından sonra ilk dəfə birlikdə görüntüləniblər.

Sportinfo.az xəbər verir ki, cütlük Paris Moda Həftəsi çərçivəsində digər oğulları Romeo və Kruza dəstək olmaq üçün hoteldən çıxarkən kameralara tuş gəlib.

Görüntülərdə sabiq futbolçunun Viktoriyanın əlindən tutaraq onu qorumağa çalışması və hər ikisinin ciddi siması diqqət çəkib.

Ötən həftə Bruklin Bekhem-Peltz ailəsini ağır ittihamlarla hədəf alıb. Belə ki, o, anası Viktoriyanın onun toyunda gəlinlə planlaşdırılan ilk rəqsi “oğurladığını”, qonaqlar qarşısında onunla “uyğunsuz şəkildə” rəqs edərək onu rüsvay etdiyini bildirmişdi.

Bruklin həmçinin valideynlərini həyatını idarə etməkdə və xanımı Nikola Peltz ilə münasibətlərini pozmağa çalışmaqda günahlandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 18:10 Çək və bizə göndər!