“Dalton İntizar” kimi tanınan idmançı Azərbaycanda saxlanıldı - FOTO

02:20 Hadisə 73
“Dalton İntizar” kimi tanınan idmançı Azərbaycanda saxlanıldı - FOTO

Türkiyədə fəaliyyət göstərən “Daltonlar” adlı cinayətkar qruplaşmanın bir üzvü Azərbaycanda saxlanılıb.

Sportinfo.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, söhbət “Dalton İntizar” ləqəbi ilə tanınan, MMA döyüşçüsü İntizar Babaniyazovdan gedir.

O, Azərbaycanda saxlanıldıqdan sonra Türkiyəyə aparılıb.

Türkmənistan vətəndaşı olan Babaniyazov vətəndaşlara səsli və ya görüntülü zəng edərək pul tələb etməkdə, həmçinin iş yerlərinə silahlı basqınlar təşkil etməkdə ittiham olunur.

Dindirilmə zamanı onun 2 hədə-qorxu və 4 silahlı basqın daxil olmaqla, ümumilikdə 6 müxtəlif cinayət əməlində iştirak etdiyi müəyyənləşib.

Türkiyədə məhkəmə qarşısına çıxarılan Babaniyazov həbs edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!