Hər kəs bu qadından danışır: Kimə oxşayır? - VİDEO

02:50 Hadisə 85
Hər kəs bu qadından danışır: Kimə oxşayır? - VİDEO

İspaniyadan olan üç uşaq anası Viktoriya adlı qadın sosial şəbəkələrdə gözlənilmədən əsl sensasiyaya çevrilib.

Sportinfo.az xəbər verir ki, buna səbəb onun "Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesə inanılmaz dərəcədə bənzəməsidir.

Qadın ötən ay sosial şəbəkə hesablarını açıq edib. O, illərdir həm tanışlarından, həm də yad insanlardan Corcinanın “oxşarı” olduğu barədə sözlər eşitdiyini deyir.

Nəticə isə qısa zamanda özünü göstərib: Viktoriya bir ay ərzində "TikTok"da 80 min, "Instagram"da isə bir neçə min izləyici toplayıb.

Onun tünd saçları, dodaqları və zərif geyim tərzi istifadəçiləri o qədər təəccübləndirib ki, şərhlərdən biri viral olub: "O, Corcinanın özündən də çox Corcinaya oxşayır".

Lakin populyarlıqla yanaşı, şübhələr də ortaya çıxıb. Viktoriya dəfələrlə filtr və ya süni intellektdən istifadə etməkdə ittiham olunub. Buna cavab olaraq o, makiyajsız videosunu paylaşaraq real insan olduğunu sübut edib. "İnsanların məni saxta hesab etməməsi üçün makiyajsız görünməli oldum", - deyə Viktoriya bildirib.

34 yaşlı ispan qadın zarafatla qeyd edir ki, onun həyatı məşhur "oxşarı"nın həyatından xeyli fərqlidir: "Mən daha yaşlıyam və daha kasıbam, amma eyni dərəcədə xoşbəxtəm".

Viktoriya sahilyanı Kambrils şəhərində 16 və 9 yaşlı iki oğlu, həmçinin 8 yaşlı qızı ilə yaşayır. O, inzibati assistent və əmək təhlükəsizliyi üzrə mütəxəssis kimi çalışır. Bununla belə, sosial şəbəkələrdə qazandığı populyarlıqdan sonra inflyuenser karyerası qurmaq ehtimalını da istisna etmir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Yanvar 18:10 Çək və bizə göndər!
23 Yanvar 04:20 "Ordu"ya qalib gəldilər