Məşq zamanı avtomobil qəzasına düşdü, aldığı xəsarətdən öldü

14 Fevral 2025 10:20 Hadisə 713
Məşq zamanı avtomobil qəzasına düşdü, aldığı xəsarətdən öldü

Kolumbiyalı velosipedçi Xuan David Kardenas vəfat edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Portuqaliyanın “Portos Windmob” komandası sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, o, məşq zamanı avtomobil qəzasına düşüb. Gənc velosipedçi aldığı xəsarətlərdən dünyasını dəyişib.

“Marca” nəşrinin məlumatına görə, faciə Kolumbiyada, Boyaka departamentində baş verib.

Bu, son üç həftədə ikinci gənc velosipedçinin ölümüdür. Yanvarın 24-də 19 yaşlı italyan Sara Piffer məşq zamanı maşınla toqquşaraq dünyasını dəyişmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi