“WhatsApp”da daha bir yeni funksiya işə düşüb

1 Noyabr 2023 12:10 Hadisə 953
“WhatsApp”da daha bir yeni funksiya işə düşüb

“WhatsApp” messenceri qrup zəngi etdikdə 31-ə qədər həmsöhbət seçmək imkanı yaradıb.

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

“Bu funksiya sayəsində “WhatsApp” qrup zənglərini əhəmiyyətli dərəcədə təkmilləşdirib, istifadəçilərə bir neçə kliklə daha çox iştirakçı ilə tez əlaqə yaratmağa imkan verib”, – mesajda deyilir.

Əvvəlki yeniləmələrdə 32 iştirakçı ilə qrup zəngini etmək barədə deyilsə də, faktiki olaraq istifadəçilər bu cür zəngləri başlatarkən yalnız 15 kontakt seçə bilirdilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti