"Paşinyanın çevrəsinin niyyəti Qarabağı Azərbaycana təslim etməkdir"

2 İyun 15:30 Hadisə 254
"Paşinyanın çevrəsinin niyyəti Qarabağı Azərbaycana təslim etməkdir"

"Bir neçə gün əvvəl Laçında Azərbaycan prezidenti kifayət qədər aqressiv sözlər işlədərək Ermənistanı hədələdi".

Bu barədə Ermənistan parlamentinin üzvü, Respublika Partiyasının nümayəndəsi Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“İlham Əliyev Qarabağda (sülhməramlıların nəzarət etdiyi ərazidə) “dövlət idarəetmə sisteminin” ləğvini və rəhbərliyin istefasını tələb edib, əks halda sərt tədbirlər görməklə hədələyib.

İlham Əliyevin bəyanatına cavab olaraq ABŞ Dövlət Departamenti heç bir reaksiya vermədi, hətta onun amnistiya elan etməyə hazır olmasını alqışladı.

Aydındır ki, Paşinyanın çevrəsinin niyyəti Qarabağı Azərbaycana təslim etməkdir. Lakin Vaşinqton da Bakının yüksələn tonuna heç bir söz demir, bu isə qətiyyən yolverilməzdir və ciddi nəticələri özü ilə bərabər gətirir”,-deyə Tiqran Abramyan yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu