Bakıda 5 il sonra ÇL-in himni bu cür səsləndi - VİDEO

17 Avqust 2022 20:30 Hadisə 810
Bakıda 5 il sonra ÇL-in himni bu cür səsləndi - VİDEO

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Viktoriya” (Çexiya) matçı ilə əlaqədar bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda texniki məşq keçirilib.

Sportinfo.az xəbər verir ki, görüşə hazırlıqla bağlı keçirilən testdə Çempionlar Liqasının himni səslənib.

Bundan başqa, digər texniki məsələlər də yoxlanılıb.

Bakıda son dəfə Çempionlar Liqasının himni 2017-ci ildə “Qarabağ”ın qrup oyunları zamanı səslənib.

Mövcud qaydalara əsasən, ÇL-in möhtəşəm himni yalnız yarışın pley-off mərhələsindən başlayaraq stadionda səsləndirilir.

“Qarabağ” - “Viktoriya” oyunu bu gün saat 20:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır