"Rapid"in baş məşqçisi "Neftçi"ni yada saldı: "Öz günahımızdır"

8 Avqust 2022 09:00 Hadisə 722
"Rapid"in baş məşqçisi "Neftçi"ni yada saldı: "Öz günahımızdır"

"Qırmızı vərəqə epizoduna kimi dominatlıq edirdik. Yaxşı nəticə qazanmaq istəsək də, alınmadı".

Sportinfo.az xəbər verir ki, bunu Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Rapid"in (Vyana) baş məşqçisi Ferdinand Feldhofer evdə "Austriya" ilə 1:1 hesablı heç-heçə etdikləri Avstriya Bundesliqasının 3-cü tur matçından sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis xal itkisinə görə komandasını günahlandırmaq niyyətində olmadığını bildirib:

"Bakıdakı matçdan sonra çox yaxşı təsir bağışladıq. Azlıqda qalsaq belə, kifayət qədər qol epizodu yaratdıq.

Amma təəssüf ki, bunlardan yararlana bilmədik. Oyunçumuza göstərilən ikinci sarı vərəqəni heç cür başa düşmədim.

Yanlış qərar idi və sonda xal itirməyimizə səbə oldu. Amma matçın taleyini həll edə bilməməyimiz öz günahımızdır".

"Neftçi" Bakıdakı ilk oyunda "Rapid"ə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti