Mübahisə etdiyi şəxsi öldürən tanınmış futbolçuya 14 il 7 ay həbs cəzası verildi - FOTO

13 May 02:00 Hadisə 545
Mübahisə etdiyi şəxsi öldürən tanınmış futbolçuya 14 il 7 ay həbs cəzası verildi - FOTO

Məhkəmə adam öldürməkdə ittiham olunan "Fənərbağça" və "Beşiktaş"ın sabiq futbolçusu Sezer Öztürklə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, veteran yarımmüdafiəçi 14 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokurorluq daha əvvəl 3 müxtəlif cinayətə görə Öztürkə 23 il 9 ay həbs cəzası verilməsini tələb etmişdi.

Hadisə ötən il sentyabrın 19-da baş verib. Sezer Öztürk Halil İbrahim Genç adlı şəxslə yol verməmə üstündə mübahisə edib.

Daha sonra Genç silahla vurularaq öldürülüb. Şübhəli şəxs Öztürk Artvindən Gürcüstana getmək üçün yük maşınına minib. O, axtarış nəticəsində TIR-ın arxasında aşkarlanıb.

Onun barəsində "Qəsdən adam öldürmə" maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

Keçmiş futbolçu daha öncə verdiyi ifadədə barəsində irəli sürülən ittihamları rədd edib. O, Halil İbrahim Gençi öz mühafizəçisi adlandırıb.

Öztürk bildirib ki, evə qayıtdığı vaxt 30-40 nəfərin onun avtomobilinin qarşısını kəsərək, zərbələr endirməyə başlayıblar.

Keçmiş futbolçu silahdan atəşi özünün yox, Ömer Gençin havaya və yerə açdığını iddia edib: "Qarşımızı kəsənlər bizə içkili vəziyyətdə hücum etdilər. Yanımda mühafizəçim, onun və mənim uşaqlarım, həyat yoldaşlarımız var idi".

Almaniyada doğulmuş Öztürk yerli "Bayer" və "Nürnberq", Belçikanın "Beersxot", Türkiyənin "Manisaspor", "Eskişehirspor", "Fənərbağça", "Beşiktaş", "İstanbul BB" və "Eskişehirspor" komandalarında, həmçinin, Türkiyənin U-17, U-19, U-21 və ikinci yığmasında forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti