Məşhur idmançı sərhəd orqanları tərəfindən saxlanıldı

15 Yanvar 2022 10:20 Hadisə 291
Məşhur idmançı sərhəd orqanları tərəfindən saxlanıldı

Serbiyalı məşhur tennisçi Novak Cokoviç Avstraliya sərhəd orqanları tərəfindən saxlanılıb.

Məlumata görə, dünyanın ən yüksək səviyyəli kişi tennisçisinin COVID-19-a qarşı peyvənd olunmadığı üçün immiqrasiya rəsmiləri tərəfindən iki dəfə vizası ləğv edilib.

Qaçqınlar üçün təcridxanaya köçürüləcəyi bildirilən Cokoviçin işi yekunlaşana qədər həbsdə saxlanacağı gözlənilir.

Novak Cokoviçin ölkədə qalıb-qalmamasına isə Avstraliya Federal Məhkəməsi qərar verəcək.

Federal Məhkəmədə baxılacaq iş yekunlaşana qədər onun ölkədən deportasiya olunmayacağına dair məhkəmənin qərarı ilə zəmanət verilib.

Kronavirusa qarşı peyvənd olunub-olunmadığını açıqlamayan Cokoviç, 17-30 yanvar tarixlərində Melburnda keçiriləcək Avstraliya Açıq Tennis Turnirinə tibbi istisna qərarı ilə qatılacağını bildirib.

Melburna çatdıqdan sonra azad edilmə qərarı qəbul edilməyən və giriş vizası ləğv edilən Cokoviç qaçqınların saxlandığı otelə göndərilib.

Cokoviç vizanın ləğvi ilə bağlı apellyasiya şikayəti verib və onun şikayəti Avstraliya Federal Dairəsi və Ailə Məhkəməsində təmin edilib.

Qərardan sonra qaldığı oteldən ayrılan Cokoviç, Avstraliya Açıq Tennis Turnirinin final mərhələsinin oynanıldığı Rod Laver Arenada məşqlərini davam etdirib.

Cokoviçin vəkillərindən gələn sənədləri araşdıran Avstraliya immiqrasiya naziri Alex Havke, səlahiyyətlərindən istifadə edərək, dünən axşam saatlarında verdiyi açıqlamada serb tennisçinin vizasını ləğv etdiyini açıqlayıb.

Məhkəmə viza ləğvi qərarını ləğv edərsə, məşhur tennisçi bazar ertəsi başlayacaq Avstraliya Açıq Tennis Turnirinin ilk tur matçında meydançaya çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"