İlk dəfə Qarabağdakı döyüşlərdən danışdı - VİDEO

28 Sentyabr 2021 13:50 Hadisə 540
İlk dəfə Qarabağdakı döyüşlərdən danışdı - VİDEO

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyev ilk dəfə Vətən Müharibəsində gedən döyüşlərdən danışıb.

Sportinfo.az xəbər verir ki, "Xəzər TV"də yayımlanan "Qisas qiyamətə qalmadı" sənədli filmində danışan general, hərb tarixində görülməyən taktiki gedişdən söz açıb.

O, düşmənin hava hücumundan müdafiə sistemlərinin necə məhv edilməsini açıqlayıb.

Əfqan Nağıyev ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmişdi. O, həbsindən 3 ay sonra, ötən ilin avqustun əvvəlində barəsindəki həbs qərarı ev dustaqlığı ilə dəyişdirilərək azadlığa buraxılmışdı. Bunun ardınca barəsindəki cinayət işinə xitam verilmişdi.

Əfqan Nağıyev Vətən Müharibəsində bir çox strateji yüksəkliklərin azad edilməsi əməliyyatına rəhbərlik edib. Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Nağıyevə “Qarabağ” ordeni verilib.

O, Cəbrayılın və Zəngilanın azad edilməsinə görə medalları ilə də təltif edilib. Hazırda DSX-nin rəisi müavini kimi fəaliyyətini davam etdirir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!