Lənkəranda yeni klub yaradıldı, bölgədə futbol ab-havası canlandı – VİDEO+FOTOLAR

20 Sentyabr 2021 16:40 Hadisə 1 804
Lənkəranda yeni klub yaradıldı, bölgədə futbol ab-havası canlandı – VİDEO+FOTOLAR

Lənkəran şəhər stadionunda həvəskar komandalar arasında yoxlama oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Xan Lənkəran" və "Gənclik" (Bakı) komandalarının görüşü kifayət qədər marağa, ajiotaja səbəb olub.

Oyunu 3000-3500 azarkeş izləyib.

Bir neçə gün öncə "Zəngilan"ı qəbul edən və 11:0 hesabı ilə qalib gələn "Xan Lənkəran" bu dəfə bakılıları 4 cavabsız qolla üstələyib.

Cənub təmsilçisinin heyətində vaxtilə "Xəzər Lənkəran"da çıxış etmiş futbolçulardan Məsum Qəmbərlinin yer aldığını əlavə edək.

"Xan Lənkəran"ın "Instagram" səhifəsinin "Gənclik"lə oyundan paylaşdığı foto və videonu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 07:40 Cəmi beş aya... VİDEO