Deputat futbol üçün daha bir təşəbbüs göstərdi - FOTOLAR

19 Sentyabr 2021 17:20 Hadisə 631
Deputat futbol üçün daha bir təşəbbüs göstərdi - FOTOLAR

Bakının Yasamal rayonunda Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə inşa olunmuş daha bir futbol meydançasının açılışı olub.

Sportinfo.az xəbər verir ki, Nərimanov prospekti 54/27 ünvanında tikilən süni ot örtüklü stadionun uzunluğu 24, eni 12 metrdir. Stadion 5 metrlik hasarla əhatələnib.

Meydança Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ərsəyə gəlib. Ətrafdakı abadlıq işlərini Yasamal Bələdiyyəsi görüb. Süni ot örtüyünü AFFA təqdim edib.

Açılış mərasimində Yasamal RİH-nin başçısı Elşad Həsənov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, MM-in deputatı E.Allahverdiyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, bundan əvvəl daha bir belə meydança Bakının məşhur 5 mərtəbəsinin həyətində inşa olunmuşdu.

17 saylı Yasamal üçüncü seçki dairəsinin deputatı E.Allahverdiyevin sözlərinə görə, hər iki meydançanın inşası seçicilərin istəyi ilə ərsəyə gəlib:

“Ümid edirəm ki, bu meydançalar futbola marağın artması, gələcək futbolçuların yetişməsi istiqamətində bir stimul olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti