“Ginnesin rekordlar kitabı”na düşən futbolçu karyerasını bitirdi

15 İyun 2021 15:20 Hadisə 1 054
“Ginnesin rekordlar kitabı”na düşən futbolçu karyerasını bitirdi

31 klubda çıxış edərək “Ginnesin rekordlar kitabı”na düşən futbolçu Sebastyan Abreu karyerasını bitirib.

Sportiinfo.az xəbər verir ki, bu barədə 44 yaşlı uruqvaylı hücumçu özü açıqlama verib.

Abreu,26 illik futbolçu karyerasını bitirdiyini deyib.

Abreu ən çox klubda çıxış edən futbolçu kimi “Ginnesin rekordlar kitabı”na düşüb. O, karyerası ərzində İspaniya, Braziliya, Argentina, Yunanıstan, Meksika, Çili, Ekvador klublarında çıxış edib.

Hücumçunun son iş yeri Uruqvayın “Sud Amerika” klubu olub. Abreu Uruqvay yığmasında 70 oyunda 26 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti