“Vatsap”da statuslarla bağlı yenilik - Bu funksiya yaradılacaq

29 Oktyabr 2024 07:10 Gündəm 428
“Vatsap”da statuslarla bağlı yenilik - Bu funksiya yaradılacaq

Android əməliyyat sistemi ilə işləyən cihazlarda vatsapda yeni funksiya yaradılacaq.

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Bildirilir ki, istifadəçilər bəzi kontaktların baxılmamış statusları haqqında xatırlatmaları aktivləşdirə biləcəklər. Portalın məlumatına görə, onları bildirişlərlə bağlı parametrlər bölməsində aktivləşdirmək olar.

Belə ki, xatırlatmaları aktivləşdirən istifadəçilər sevimli kontaktlarının paylaşdığı statuslar barədə bildirişlər alacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır