“Yeni gələn “Qarabağ”la uzunmüddətli müqavilə imzalamalıdır” - TANINMIŞ MENECER

6 Fevral 2023 19:40 Gündəm 1 918
“Yeni gələn “Qarabağ”la uzunmüddətli müqavilə imzalamalıdır” - TANINMIŞ MENECER

"Qarabağ" Avropa Konfrans Liqasının "Gent"lə pley-off mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

“Köhlən atlar” son günə kimi qapıçı mövqeyi üçün axtarışları davam etdirsə də bir nəticə hasil olmadı.

Yaranmış vəziyyətdən narazı olan azarkeşlər qapıçı axtarışlarının uğursuz bitməsinə görə, komanda rəhbərliyini günahkar görür.

Bəs, əsl həqiqət necədir? Ağdamlılar niyə istədiyi qapıçını tapa bilmədi?

Menecer Vaqif Heyderli ilə söhbətdə bu suallara cavab tapmağa çalışdıq:

“Qarabağ” üçün çətin vəziyyət yaranıb. Hamımıza aydındır ki, qış “transfer pəncərəsi”ndə keyfiyyətli oyunçu gətirmək çətindir.

Sərbəst olan az olur, müqaviləsi olanlar da qışda komandasını dəyişmək istəmirlər. Adətən, ayrılmaq barədə düşünənlər də uzun müddət oynamaq şansı qazanmayanlardı.

Daha əvvəldən indiki vəziyyət yaransaydı, məncə, “Qarabağ” istədiyi qapıçını tapa bilərdi. Həm Şahruddinin zədələnməsi son anda məsələni aktual etdi, həm də proses qış fasiləsinə təsadüf etdi.

Azarkeşlərin rəhbərliyi qınamasına gəlincə, onların yanaşması bir qədər fərqlidir. Onları başa düşmək olar. Bir qədər həvəskar münasibət göstərirlər.

Güclü qapıçı alınmasını istəyirlər. Amma “Qarabağ” tam başqa cür yanaşır. Yalnış seçim olsa, bu dəfə fanatlar yalnış seçim edildiyi üçün qınayacaqlar. İndiki halda seçim imkanı azdır. Ancaq elə qapıçılar da var ki, gəlmək istəmirlər.

Bəzi top-qapıçıları burda görmək istəyirik. Onlar gəlmirlər. Çünki məsələ təkcə avrokubok görüşləri ilə bitmir.

Klub Azərbaycan Premyer Liqasında iştirak edir. Daxili arenadakı oyunları unutmaq olmaz. Gələn qapıçı “Qarabağ”la uzunmüddətli müqavilə imzalamalıdır.

Bütün bunları götür-qoy edir. Bildiyim qədəri ilə “Qarabağ” yeni qapıçı trasnferinə çox ciddi yanaşır. On, bəlkə də daha çox sayda menecerin təklif etdiyi çox sayda qapıçıya baxılıb.

Baş məşqçi Qurban Qurabnov özü mətbuata açıqlamasında ciddi yanaşdıqlarını, axtarışların davam etdiyini bildirib. Amma kənardan göründüyü, deyildiyi qədər asan deyil.

Onu da bildirim ki, hər an hər şey ola bilər. Transfer pəncərəsinin bağlanmasına vaxt var.

Bundan başqa, “Gent”lə oyunlar üçün iştirak ərizəsi təqdim olunsa da klubun oyunçu dəyişmək haqqı var. İnşallah, ümid edirik ki, son anda olsa belə istənilən keyfiyyətdə qapıçı tapa biləcək.

İnanıram ki, qısa müddətdə bir variant olacaq. Hamı razılaşar ki, hazırkı qapıçılardan qat-qat keyfiyyətli olmayan, gəlib kömək edə bilməyəcək birinin transferinə də gərək yoxdur".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"