Mahirə yalnız bir futbolçu uğur arzuladı – Qalmaqalla ayrıldığı “Legiya”dan

3 Fevral 2022 22:20 Gündəm 10 843
Mahirə yalnız bir futbolçu uğur arzuladı – Qalmaqalla ayrıldığı “Legiya”dan

Mahir Emrelinin “Dinamo” ilə anlaşmasının Varşavada necə qarşılandığını anlamaq çətin deyil.

Azarkeşlər onu düşmən gözündə görür, komanda yoldaşları qərarını anlamaqda çətinlik çəkirdi.

Nəhayət, “Legiya”dan ayrıldı. Xorvatiya nəhəngi ilə əməkdaşlıq rəsmiləşən kimi, Emreli “instagram” səhifəsində paylaşım eləyərək, “Dinamo”nu böyük klub kimi təqdim edib.

Şərhlərdə Qara Qarayev, Araz Abdullayev, Təmkin Xəlilzadə kimi milli üzvlərinin təbrik mesajlarına rast gəlmək mümkündür.

“Legiya”dan isə cəmi bir nəfər Mahirə görə barmaqlarına əziyyət verməyi özünə borc bilib. Bu, Lirim Kastrattidir.

Varşava təmsilçisində Emreli ilə komanda yoldaşı olmuş kosovalı yarımmüdafiəçi “Uğurlar, qardaşım” yazıb.

Lirim Kastratti 2020/21 mövsümündə və 2021/22 mövsümünün əvvəlində “Dinamo”nun şərəfini qoruyub.

O, ötən ilin sentyabrında “Legiya”ya transfer olunmuşdu. “Legiya” isə Lirimə görə xorvatlara verməli olan pulun müqabilində Mahir Emrelini əks marşrutla yola saldı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti