COP29

Azərbaycanda yoluxanların sayı durmadan artır - 14 nəfər öldü

27 Yanvar 2022 16:50 Gündəm 772
Azərbaycanda yoluxanların sayı durmadan artır - 14 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3361 yeni yoluxma faktı qeydə alınıb, 1132 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 643 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 620 182 nəfər müalicə olunaraq sağalıb, 8 664 nəfər vəfat edib. 14 663 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 923, bu günə qədər isə ümumilikdə 6 107 416 test icra olunub.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!