“Mən Qurban Qurbanovun təcrübəsinə çox güvənirəm”

16 İyul 2021 22:20 Gündəm 2 019
“Mən Qurban Qurbanovun təcrübəsinə çox güvənirəm”

“Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov Konfrans Liqasında iştirak edəcək “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin hazırkı durumunu dəyərləndirib.

“Pro” kateqoriyalı kurslara qatılan mütəxəssis Sportinfo.az-a açıqlamasında bunları deyib:

“Qarabağ” oturuşmuş komandadır və əksər futbolçularının böyük avrokuboklar təcrübəsi var. Mən Qurban Qurbanovun təcrübəsinə də çox güvənirəm.

Məncə, onlar üzümüzə gələn mövsüm özünü çox rahat hiss edəcək. “Sumqayıt”la “Keşlə”nin baş məşqçilərinı yaxşı tanıyıram.

Son vaxtlar hər iki komandanın heyətində müəyyən dəyişiklər olub. İnanıram ki, istər Ayxan Abbasov, istərsə də Sənan Qurbanov heyəti gücləndirə biliblər. Onlardan Konfrans Liqasında yaxşı oyun və qələbələr gözləyirəm”.

Azərbaycan təmsilçiləri Konfrans Liqasının II təsnifat mərhələsindən etibarən mübarizəyə qoşulacaq. "Sumqayıt" Serbiyadan "Çukariçki", "Keşlə" Rusiyadan "Soçi" ilə üz-üzə gələcək. Hər iki komanda ilk oyunlarını səfərdə keçirəcək.

"Qarabağ" isə İsraildən "Aşdod" ilə üz-üzə gələcək.Ağdam təmsilçisi ilk oyununu evdə keçirəcək

Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı