Tanınmış idmançı YAP İdarə Heyətinə üzv seçildi

6 Mart 2021 23:20 Güləş 1 115
Tanınmış idmançı YAP İdarə Heyətinə üzv seçildi

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının böyük məşqçisi Rövşən Bayramov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə üzv seçilib.

Sportinfo.az xəbər verir ki, 40 nəfərdən ibarət siyahıya ikiqat olimpiya mükafatçısı da daxil edilib.

İdarə Heyəti YAP-ın VII qurultayında formalaşıb.

Rövşən Bayramov 2007-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada, 2008-ci ildə Finlandiyanın Tampere şəhərində Avropa çempionu olub.

Sabiq yunan-Roma güləşçisi 2011-ci ildə Türkiyənin İstanbul şəhərində dünya çempionu adını qazanıb. Bayramov 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medala yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır