AFFA Naxçıvan klubunun şikayətini təmin etmədi

28 Fevral 2020 11:06 Futzal 781
AFFA Naxçıvan klubunun şikayətini təmin etmədi

AFFA Apellyasiya Arbitraj Tribunalının qərarını açıqlayıb.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Badamlı” Futzal Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.

İntizam Komitəsinin fevralın 11-dəki qərarı ilə futzalçı Ali Mikaeilinin iki oyunluq cəzalandırılması qüvvədə saxlanılıb.

A.Mikaeilli “Forza Neftçi”yə qarşı Azərbaycan kubokunun 1/16 final mərhələsinin ilk oyununda ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Görüş "Badamlı"nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyununda da rəqibini 7:3 hesabı ilə üstələyən Naxçıvan komandası növbəti mərhələyə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti