Eks "Qalatasaray"lı "Qarabağ"a qol vurdu, sosial şəbəkələrdə geniş izləndi - VİDEO

24 Aprel 11:20 Sabah 609
Eks "Qalatasaray"lı "Qarabağ"a qol vurdu, sosial şəbəkələrdə geniş izləndi - VİDEO

Son günlər sosial şəbəkələrdə ən çox yayılan videolardan biri «Sabah»a aiddir.

Daha doğrusu, bu komandanın hücumçusu Cesse Sekidikaya.

Nigeriyalı legionerin Premyer Liqanın 30-cu turunda «Qarabağ»a vurduğu qol gündəmi «zəbt edib». Belə ki, topla mərkəzi keçən sabiq «Qalatasaray»lı uzun reyd eləyib və Davit Volkovla paslaşaraq, gözəl qola imza atıb.

Bu, Masazırda keçirilən keçirilən matçın 38-ci dəqiqəsinə tuş gəlib.

Komandasını hesabda önə çıxaran və bununla 3:2 hesablı qələbəyə öz tövhəsini verən afrikalı forvardın hərəkəti sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və kifayət qədər izlənib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"